Interposta.Info

Paşinyan separatçıların “müstəqillik günü”nü təbrik etdi və mesajlar verdi

Siyasət
 2-09-2022, 11:07     307

"Dağlıq Qarabağ sakinlərinin təhlükəsiz yaşamaq hüququ var, Dağlıq Qarabağı ərazi vahidi kimi inkar etmək yersizdir”.

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma DQR-in elan edilməsinin 31-ci ildönümü ilə bağlı təbrikində deyilir.

31 il əvvəl bu gün Dağlıq Qarabağ Muxtar Vilayəti və Şahumyan rayonunun bütün separatçı deputatlarının birgə iclası "xalqların öz müqəddəratını təyin etmək hüququ” prinsipini tətbiq edərək, Dağlıq Qarabağın "İstiqlal Bəyannaməsi”nin elan edilməsi haqqında qərar qəbul edib.

"Bu qərar soydaşlarımızın Sumqayıt, Bakı, Kirovabadda qırğınlar zamanı yaranmış ekzistensial təhlükəyə cavabı idi. Bu qərar Artsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin təminatı kimi qəbul edilib", - Paşinyan bildirib.

Paşinyan həmçinin xatırladıb ki, müstəqillik elan edildikdən sonra referendum (10 dekabr 1991-ci il), Birinci Qarabağ müharibəsi, 4 günlük müharibə (2016-cı ilin aprelində) və 2020-ci ildə 44 günlük müharibə baş verib.

"Soydaşlarımızın Dağlıq Qarabağda yaşamaqda davam etmələri faktı dəyişməz olaraq qalıb. Və onların öz vətənlərində, hüquqlarının qorunacağı təhlükəsiz şəraitdə yaşamaq hüququ var. Əslində, Dağlıq Qarabağ Qarabağ münaqişəsinin mahiyyəti budur”, - baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, respublika ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayana və müvafiq olaraq Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcudluğunu inkar etmək yersizdir. Onların həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyinin beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv olunmayan mandatı var.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin həlli üçün səy göstərməyə və [Azərbaycanın] Dağlıq Qarabağda etnik təmizləmə siyasəti aparmasının qarşısını almağa borcludur.

Eyni zamanda o, Ermənistanın Dağlıq Qarabağda normal həyatın təmin edilməsində, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi məsələlərində dəstəyini davam etdirəcəyini bəyan edib.

"Bu gün biz Dağlıq Qarabağdakı soydaşlarımızın hüquqlarının müdafiəsi uğrunda həlak olmuş bacı və qardaşlarımızın xatirəsi önündə baş əyirik və onların qarşısında borcumuz sülhsevər Dağlıq Qarabağa, sülhsevər Ermənistana, dinc Cənubi Qafqaza zəmanət verməkdir”, - mesajda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26