Interposta.Info

Tokayev Bakıya hansı təkliflərlə gəlib? - Deputatın şərhi

Siyasət
 24-08-2022, 14:39     243

- Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəlib. Qeyd edək ki, bu onun prezident olduqdan sonra Bakıya ilk rəsmi səfəridir. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Xüsusən də iqtisadi müstəvidə, o cümlədən türk dövlətləri təşkilatı daxilində iki ölkənin əlaqələri daha yüksəkdir.

"İnterPosta"-ya açıqlamasında Tokayevin səfərini dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri heç şübhəsiz iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkan və perspektivlər pəncərəsi açacaq:

Tokayev Bakıya hansı təkliflərlə gəlib? - Deputatın şərhi

"Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu öz dinamizmi və çevikliyilə seçilir. Bu kontekstdə məsələyə yanaşdıqda görürük ki, Mərkəzi Asiya dövlətlərilə də münasibətlərimiz sürətlə inkişaf edir. Mərkəzi Asiyanın hər bir dövlətilə ciddi ikitərəfli münasibətlərimiz mövcuddur. Bu baxımdan Qazaxıstan dövləti də istisna təşkil etmir. Tokayevin ölkəmizə səfəri heç şübhəsiz Qazaxıstanla Azərbaycan arasındakı münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar pəncərəsi açacaq. Bu səfər xüsusən də ticarət-iqtisadi, nəqliyyat, loqistika, humanitar əməkdaşlıq və digər sferalarda münasibətlərimizin daha da yüksəlməsinə xidmət göstərəcək. Diqqət çəkən məqamlardan biri də odur ki, Qazaxıstan öz istehsal etdiyi neftin alternativ marşurutlar üzrə Avropa bazarına çıxarılmasını təmin etmək istəyir. Hazırkı vəziyyətdə nefti Rusiya ərazisindən keçməklə reallaşdırır. Ancaq enerji təhlükəsizliyi məsələsində çoxşaxəli marşurut sisteminin formalaşması hər bir dövlətin milli maraqlarına uyğundur. Azərbaycan dövlətinin siyasətində də bu özünü göstərir. Eyni yanaşmanı Qazaxıstan da həyata keçirmək istəyir. Mərkəzi Asiyanın bu ölkəsi Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə ildə 1,5 milyon ton neftini Avropa bazarına çıxarmaqda maraqlıdır. İstisna deyil ki, iki ölkə rəhbərləri arasında bu məsələ də müzakirə edilsin. Hesab edirəm ki, Tokayevin ölkəmizə səfəri ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişafına, xüsusən də enerji təhlükəsizliyi baxımından əlaqələrimizin daha da yüksəlməsinə xidmət edəcək”.\qaunarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26