Rusiya səfirinin Şuşa səfəri: Hansı mesajlar verildi? - Deputatın şərhi

Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovun "Twitter" hesabında verdiyi məlumata görə, Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtına səfər edib. Qonaq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub. Diplomata işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə bağlı məlumat verilib.
Qeyd edək ki, 44 günlük müharibə bitəndən sonra bu günə qədər Azərbaycandakı çoxsaylı xarici ölkə səfirlikləri Şuşada olublar. Amma son ana qədər nə Rusiya, nə də İran səfirləri anoloji addımı atmayıb. İndi Rusiya da bu addımı atır. Bu fonda maraqlıdır, gec də olsa Rusiya səfiri tərəfindən atılan həmin addım hansı məna daşıyır?
Məsələni Qaynarinfo-ya şərh edən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, bu hadisə addım-addım Azərbaycanın mövqeyinin güclənməsinin göstəricisidir:
"Artıq hamı Azərbaycanla hesablaşmağa başlayır, addım-addım ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələdə ortaq mövqeyə gəlirlər. Bu da problemin həll olunduğunu göstərir. Bu ərazilərin Azərbaycanən ərazi bütövlüyü kimi qəbul olunmasna əvvəl-axır bütün dövlətlər normal yanaşacaq. Rusiyalı səfirin Şuşaya səfəri də həmin addımlardan biridir. Rusiya dəfələrlə dövlət başçısı səviyyəsində vurğulayıb ki, Qarabağ, o cümlədən Şuşa Azərbaycan ərazisidir. Rusiyadan olan səfir də dövlət başçılarının siyasətinə zidd addım ata bilməz. Şuşa, Xankəndi Azərbaycan torpağıdır. Bunu hər hansı bir şəkildə başqa adla izah etmək mümkün deyil. Bu belə də olmalıdır”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26