Interposta.Info

Ermənistanın Ombudsmanı Hadrutdan köçənlərin problemləri ilə məşğul olmaqdan imtina etdi

Siyasət
 8-07-2022, 21:26     258

Ermənistan İnsan Haqqları Müdafiəçisi Hadrutdan köçənlərin problemləri ilə məşğul olmaqdan imtina edərək, onları qondarma rejimin hakimiyyətinə yönləndirib.

Bu barədə keçirilən aksiya zamanı Hadrutdan olan Artur Stepanyan deyib.

"Ermənistanda Hadrutdan köç edənlərin məsələsi ilə məşğul olmurlar. Deyirlər ki, bu, siyasi məsələdir. Lakin Qarabağda hansısa yaşayış məntəqəsini "düşmənə vermək lazım olanda” baş nazir gedib danışıqlar aparmağı özünə borc bilir. İki ildir ki, burada qeyri-müəyyən vəziyyətdəyik və statusumuzun nə olduğunu bilmirik. Bizi maraqlandıran məhz budur. Əslində biz qaçqınıq, çünki cəhənnəmdən keçərək xilas olmuşuq", deyə Artur Stepanyan bildirib.

Onun sözlərinə görə, 10 noyabr tarixli bəyannamənin 6-cı bəndinə əsasən, qaçqın və məcburi köçkünlər öz yaşayış yerlərinə qayıtmalıdırlar. Bu iki il ərzində isə Ermənistan hökuməti onlara qaçqın statusunun verilməsi üçün heç bir addım atmayıb:

"Dünən biz hüquq müdafiəçisinin ofisində olduq, tələblərimizi bildirdik. Dedik ki, iki ildir hökümət bizim məsələ ilə məşğul olmur. Bizi dinləyib dedilər ki, bu, siyasi məsələdir. İndi də deyirlər ki, bu məsələlərlə "Qarabağ Respublikası” məşğul olmalıdır. Amma maraqlısı budur ki, hökumət Qarabağa verilən maliyyə dəstəyini hər fürsətdə vurğulayır və deyir ki, biz Qarabağın büdcəsini iki dəfə artırmışıq. Məgər bunların "Qarabağ xalqı"nın yanında olması üçün bu kifayətdir? Bunların başqa heç bir öhdəliyi yoxdur?”.

Artur Stepanyan bildirib ki, qondarma rejiminin rəhbəri Arayik Arutyunyanın da onların taleyi ilə bağlı planı yoxdur: "Bizə məcburi köçkün statusu vermək istəyinin olmaması sanki Qarabağın taleyi ilə bağlı hansısa gizli planlarının olmasından xəbər verir. Amma məni Hadrutdan çıxarmaq üçün kiminlə razılaşdıqlarını bilmirəm. Hər halda bizimlə razılaşmadılar. Hansı şəraitdə yaşadığımız heç kimin vecinə deyil. Hadrutlu olduğum üçün qeyd edim ki, o torpaqda biz artıq yaşaya bilməyəcik"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26