Interposta.Info

Nazir: “Azərbaycan-Ermənistan Birgə Sərhəd 

Siyasət
 7-07-2022, 12:06     354

Komissiyası iclasın vaxtını razılaşdırmalıdır”
“Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.

“Bir məqamı qeyd edim. Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”, - deyə o əlavə edib.

Nazir bildirib ki, Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra onun yeri də müəyyən ediləcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26