Interposta.Info

Türkiyə NATO-nun Qara dənizdəki təlimlərini ləğv etdi

Siyasət
 31-05-2022, 21:41     248

Türkiyə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Montrö Konvensiyasının tələblərinə uyğun olaraq Qara dənizdə planlaşdırılan bəzi NATO təlimlərini ləğv edib və ya təxirə salıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinə müsahibəsində deyib.

"Sanksiyalara qoşulsaydıq, indiki vasitəçilik rolunu oynaya bilməzdik. Biz Montrö Konvensiyasını hərbi gəmilərə tətbiq etdik. Lakin hava məkanını, bu dəhlizi açıq saxlamalıyıq. Konvensiyaya uyğun olaraq planlaşdırılan NATO təlimlərini ləğv etdik və ya təxirə saldıq. Biz ölkə olaraq mühüm rol oynayırıq, öhdəliklərimizi yerinə yetiririk”, - deyə nazir bildirib.

Çavuşoğlu xatırladıb ki, Ankara əvvəldən Rusiya qarşı yalnız BMT-nin sanksiyalarına qoşulacağını bəyan edib.

"İndi hər dövlət istənilən şəxsə qarşı sanksiyalar tətbiq edə bilər. Bu, onların işidir. Biz vasitəçi rolunu seçmişik, vəziyyəti yüngülləşdirməyə çalışırıq. Bizim bu mövqeyimiz Aİ-də, dünyada müsbət qarşılanır” , -deyə XİN rəhbəri əlavə edib.

Eyni zamanda, o, qeyd edib ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması onlardan Ankara vasitəsilə yan keçməyin mümkün olacağı anlamına gəlmir.Mənbə: "Anadolu”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26