Interposta.Info

Sadır Japarov Şəhidlər xiyabanını ziyarət etdi (YENİLƏNİB/FOTO)

 

Siyasət / Manşet
 19-04-2022, 19:43     343

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

"İnterPosta" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ətraflı

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Qırğızıstan Prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

18.04

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"İnterPosta" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

17:34

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"İnterPosta" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

15.04

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb.

"İnterPosta" dövlət başçısının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əlıiyevlə, Milli Məslisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək. Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Qırğız Respublikası nümayəndə heyətində xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev var.

İnterPosta.info










Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26