Interposta.Info

Rusiyalı ekspert: "Ruslar postları Azərbaycana təhvil verir"

Siyasət / Paradoks
 29-03-2022, 09:27     512

Bəzi məlumatlara görə, Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müəyyən qədər azalması müşahidə olunur. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bu barədə rəsmi məlumat yoxdur. Məsələ burasındadır ki, əgər sülhməramlı kontingent haqqında məlumatlar düzgündürsə, bu vəziyyətdə blokpostların sayı azalır. Rus əsgərləri bəzi postları tərk edib gedir, Azərbaycan Ordusu isə avtomatik olaraq həmin nöqtələri öz nəzarətinə götürür.

Bu fikirləri Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, Rusiya Elmlər Akademiyasının üzvü Stanislav Pritçin bölüşüb.

"Bu vəziyyət Ermənistan tərəfinin narahatlığına səbəb olub. Onlar hazırda beynəlxalq ictimayətin bu məsələyə diqqət cəlb etməsinə çalışır. Qarabağla bağlı informasiya kampaniyası da məhz bununla izah olunur. Lakin hazırda regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur", - deyə ekspert bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26