Interposta.Info

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Siyasət
 5-01-2022, 12:31     370

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

"İnterPosta" xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər.

Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən - yanvarın 5-dən başlayıb.

Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26