Interposta.Info

Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq

Siyasət / Manşet
 27-12-2021, 12:40     436

Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracaq.

"İnterPosta" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib.

Onun sözlərinə görə, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək.

Nazir deyib ki, eyni zamanda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəməyə müraciət ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26