Interposta.Info

Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

Siyasət
 24-12-2021, 11:54     501

Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

"İnterPosta" xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyevi anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində uğurlar diləyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevi doğum günü münasibətilə ayaq üstə alqışlayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26