Interposta.Info

İranın yeni Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik etdi

Siyasət
 15-07-2021, 16:32     333

İranın yeni Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"İnterPosta" İranın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir ki, İbrahim Rəisi İlham Əliyevdən təbrik məktubu almaqdan məmnun olduğunu qeyd edib.

O vurğulayıb ki, iki ölkə arasında əlaqələr xalqlarımızın ortaq mədəniyyət və tarixinə, qardaşlıq bağlarına söykənir.

Rəisi, həmçinin İlham Əliyevi Azərbaycanın öz tarixi torpaqlarını uğurla azad etməsi münasibətilə təbrik edib.

İranın yeni dövlət başçısı bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin qaytarılması və ortaq sərhədlərin bərpa olunması ilə regional sülh və təhlükəsizliyi təmin etmək üçün qarşılıqlı səylər vasitəsilə yeni imkanlardan yararlanmaq və əməkdaşlıq səviyyəsini artırmaq yaxşı olardı.

İran Prezidenti məktubunun sonunda Prezident İlham Əliyevə can sağlığı və uğur, Azərbaycan xalqına isə əmin-amanlıq arzulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26