Interposta.Info

Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

Siyasət / Manşet
 22-11-2021, 16:59     326

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26