Interposta.Info

Azərbaycan və Ermənistan dəmir yolları ilə bağlı konsensusa yaxınlaşdı

Siyasət
 27-10-2021, 21:31     407

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərindən ibarət İşçi Qrupu istismar ediləcək dəmir yollarının xəritəsinə dair razılaşmaya yaxındır.

"İnterPosta" xəbər verir ki, bunu Ermənistan baş nazir müavini Mher Qriqoryan parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, avtomobil yolları xəritəsinə dair müzakirələr davam edir.

"Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”, - deyə Qriqoryan qeyd edib./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26