Interposta.Info

Baş prokuror: "Vətən müharibəsi ilə bağlı 24 erməni beynəlxalq axtarışa verilib"

Siyasət
 1-10-2021, 10:30     337


"Vətən müharibəsi ilə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib".

"İnterPosta" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb: "Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı axtarışa verilənlər var. Onların da sayı 300-ə yaxındır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26