Interposta.Info

"Cinayət işlərinin 12 faizi banklarla və bank olmayan kredit təşkilatları ilə bağlıdır"

İqtisadiyyat
 17-01-2018, 12:36     10 440

“Hazıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işi istintaq olunur. Onlardan 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır”.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O eyd edib ki, ikinci sırada isə tikinti sektroru dayanır: “Ötən il tikinti sektoru ilə müraciətlər azlasa da, təəssüflər olsun ki, bu hallar qalmaqdadır. Üçüncü sırada isə vergidənyayınma və social ödənişlərin ödənilməməsi ilə bağlıdır. Bu istiqamətdə işlərimiz davam etdirilir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26