Interposta.Info

Ermənistanın yeni XİN başçısı Moskvaya gedir

Siyasət
 28-08-2021, 13:40     439

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov avqustun 31-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə edəcək.

"İnterPosta" xəbər verir ki, görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılması məsələsi nəzərdən keçiriləcək.

Bundan başqa, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər humanitar məsələlər müzakirə mövzusu olacaq. (trend)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26