Interposta.Info

Zərdüşt Əlizadədən separatçı rejimin Xankəndidə keçirəcəyi “seçkiyə” reaksiya

Siyasət
 26-08-2021, 18:56     448

"Seperatçı rejimin nə gücü, nə imkanı var, nə də tanınır. Heç nəyi yoxdur”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə sentyabrın 2-də seperatçı rejimin Xankəndidə keçirmək istədiyi seçkidən danışarkən deyib. Politoloq bu hadisənin əhəmiyyətinin sıfra bərabər olduğunu bildirib:

"Xankəndidə 25-30 min adam qalıb, onlar da qaçmaq haqqında düşünürlər. Bir dəstə "DTK” ilə bağlı adamlar, seperatçılar var ki, onlar da oyun oynayırlar. Oynasınlar, bizim heç vecimizə də deyil. Dünən keçirsəydilər, bu gün 3-cü olardı. Onlar heç kim və heç nədirlər. Onlara heç fikir vermək lazım deyil”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26