Interposta.Info

Elçibəyin oğlu

Siyasət
 16-02-2017, 09:04     1 037

Elçibəyin oğlu

Politoloq Zərdüşt Əlizadənin mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında dediyi qalmaqallı fikirlər etirazlara səbəb olub. Politoloq Elçibəyi milliyətcə kürd adlandırmaqla yanaşı, onun siyasi savadının olmadığını da söyləyib.

interposta.info xəbər verir ki, Elçibəyin oğlu Ərturqut Əliyev Modern.az-a açıqlamasında Zərdüşt Əlizadənin fikirlərinə münasibət bildirib.

“Zərdüşt Əlizadənin atam haqqında dediyi fikirləri oxumamışam. Hələ ki, konkret nəsə deyə bilmərəm. Çox güman ki, atam haqqında dediyi fikirlərlə daha ətraflı tanış olacam. Yəqin ki, o zaman Zərdüşt Əlizadəyə bir oğul olaraq cavab verərəm”.

Ərturqut Əliyev atası Elçibəy haqqında bu cür fikirlərin səsləndirilməsinə belə şərh verib. “Zərdüşt Əlizadənin dediklərinə əhəmiyyət vermirəm. Atam dünyasını dəyişib. Haqq dünyasındadır. İndi durub Elçibəyin kürd olması ilə bağlı nəsə deməklə nə əldə edəcək ki! Hamı bilir ki, Əbülfəz Elçibəy necə türkçü olub. Sadəcə, Elçibəyin adından istifadə etməklə gündəmdə qalmaq istəyirlər. Ona görə də belə boş-boş danışırlar. İstəyirlər ki, hamı bunları tanısın”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26