Interposta.Info

Rusiya Tavuşda post qurur - Ermənistan MN açıqlama verməkdən imtina etdi

 

Siyasət
 11-08-2021, 12:24     81 030

Rusiya Ermənistanın Tavuş bölgəsində daha bir post qurub.

"İnterPosta" xəbər verir ki, bu barədə erməni medaisı məlumat yayıb. Bildirilir ki, yeni sərhəd postu Azatamut kəndindədir.

Tavuş bölgəsinin qubernatoru Ayk Qalumyan xəbərə münasibət bildirməkdən imtina edib. Ermənistan Müdafiə Nazirliyindən isə bildirilib ki, hələlik bu barədə məlumat verə bilməzlər.

Bir neçə gün əvvəl Rusiya sərhədçiləri Tavuş bölgəsinin Voskepar kəndində post qurmuşdu. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, Rusiya sərhədçiləri Tavuş bölgəsinin Voskepar kəndinə yerləşdirilir və orada tikinti işləri aparır.

"Bu proses Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində baş verir”, deyə məlumatda qeyd edilirdi./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26