Interposta.Info

"Hərbi baza ilə bağlı Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var" - Türkiyə necə cavab verməlidir?

Siyasət
 18-06-2021, 22:57     325

"Rusiya prezidentinin sözçüsü Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə belə reaksiya verib: "Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq"".

Qaynarinfo xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloqun fikirincə Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var:

"Türkiyə Cumhurbaşqanının sözçüsü İbrahim Kalın Peskovun hədələyici açıqlamasına aşağıdakı kimi reaksiya versəydi tam yerində olardı: "Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu ikili anlaşma çərçivəsində olacaq və üçüncü dövlətlərə qarşı yönəlməyəcək. Rusiyanın Türkiyənin qonşusu Ermənistanda hərbi bazası var və yenisini yaratması barədə xəbərlər yayılır. Biz Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinə və yenisini yaratması istəyinə müdaxilə etmədiyimiz kimi Türkiyənin də qardaş və müttəfiq hesab etdiyi Azərbaycanda hərbi baza yaratması təşəbbüsünə bir başqa dövlətin qarışmasını yolverilməz hesab edirik”".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26