Interposta.Info

Ərdoğan: "Rusiyanın "Zəngəzur dəhlizi" layihəsini gecikdirəcəyini düşünmürəm"

 

Siyasət / Manşet
 17-06-2021, 14:42     753

"Rusiyanın "Zəngəzur dəhlizi" layihəsinin həyata keçiriməsi məsələsini gecikdirmək niyyətində olduğunu düşünmürəm. Əksinə, bu layihəni reallaşdırmaq istəyində olduğunu düşünürəm.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini də vurğulayıb.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan özünə etimad yaratmaq istiqamətində addımları atmalıdır: "Basdırdığı minaların xəritələrini Azərbaycanla verməklə bu istiqamətdə ilk addımı atmış olacaq”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26