Interposta.Info

Ərdoğan Makronla Qarabağı müzakirə etməyəcək, ancaq etsə, deyəcək ki... (ŞƏRH)

Siyasət
 11-06-2021, 14:54     558

"Ərdoğan Makronla görüşdə Qarabağ məsələsini müzakirəyə qəbul etməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Fransa Prezidenti Emmanuel Makronun NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə digər məsələlərlə yanaşı, Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri məsələsini müzakirə etmək istədiyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz qeyd edir ki, ermənipərəst Makronun Ərdoğanla Qarabağ məsələsində hansı istiqamətdə danışacağı və bu müstəvidə hansı mövzuları qaldıracağı məlumdur:



"Bu mənada düşünmürəm ki, Türkiyə Prezidenti Ərdoğan böyük ehtimalla Makronla danışıqlarda Qarabağ məsələsini dartışmağa razı olmayacaq. Digər tərəfdən, istənilən ölkə rəhbərinin Ərdoğanla Qarabağ münaqişəsinin müzakirəsini aparması Azərbaycanın xeyrinədir”.

Politoloq düşünür ki, Fransa Prezidentilə bu məsələnin müzakirəsi prosesə heç nə verməyəcək:

"Çünki Makronun məsələyə hansı aspektdən yanaşacağı məlumdur. O, təbii ki, görüşdə Ermənistanı müdafiə edəcək, ermənilər üçün nələrisə əldə etməyə çalışacaq. Bu səbəbdən düşünürəm ki, Ərdoğan onunla görüşdə Qarabağ məsələsini müzakirəyə qəbul etməyəcək. Türkiyə ilə Fransa arasında müzakirə olunası yetərincə başqa məsələ var. Belədə, nəzərdə tutulan saat yarımlıq görüş müddətində Qarabağ məsələsinin müzakirə olunacağını zənn etmirəm”.

Ə. İbrahimovun fikrincə, müzakirəni qəbul etsə belə, Ərdoğan tərəfindən Makrona, atdığı yanlış addımlar fonunda, Azərbaycanın mövqeyini dəstəkləməklə lazımı cavablar veriləcək:

"Ərdoğan publik şəkildə Makrona dediyi "sən hələ siyasəti bilmirsən, get onu öyrən” fikrini burada da ona bir daha təkrar söyləyəcək”.
Qeyd edək ki, 14 iyunda NATO-nun Brüssel sammiti çərçivəsində Fransa və Türkiyə prezidentlərinin görüşü gözlənilir. Görüşdə Liviya, Suriya və Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26