Interposta.Info

Ermənistana heç bir halda məsləhət bilməzdim ki... – Hərbi ekspert

Siyasət
 8-06-2021, 18:22     468

"Ermənistan ordusunun darmadağın olan bir vəziyyətində Ermənistana heç bir halda Azərbaycan ordusunun səbr kasasını daşırmağa cəhd etməsini məsləhət bilməzdim. Əks halda bu dəfə düşmən ordusunun alacağı zərbə daha ağır və sarsıdıcı olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazisinə soxulmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin kəşfiyyat diversiya qrupunun ərazimizə daxil olmasından sonra bölmələrimiz növbəti dəfə Ermənistandan olan hərbi qulluqçu Artur Kartanyanı saxlayıb və aidiyyatı üzrə təhvil verib:

"Bu, bir daha gösrətir ki, Ermənistan Azərbaycana qarşı kəşfiyyat diversiya qruplarının fəaliyyətlərinə fasilə vermək niyyətində deyil. Xatırladıram ki, bundan əvvəl mayın 27-də də Ermənistandan göndərilən iki kəşfiyyat diversiya qrupunun 6 nəfər üzvü silahlı qüvvələrimiz tərəfindən həbs edilərək aidiyyatı üzrə istintaq orqanlarına təhfil verilib. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti dəfə Azərbaycan tərəfindən dəmir yumruq zərbəsi almaq üçün əlindən gələni əsirgəmir".

Qeyd edək ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26