Interposta.Info

Ermənistanın diversiya qruplarının təxribatının qarşısı alınıb

Ölkə
 2-10-2019, 11:49     10 433

2019-cu ilin 1 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə döğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qarşısı alınıb.

Bu barədə "İnterPosta.info"ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26