Interposta.Info

Müsavat başqanı: “86.6 min kv.km ərazimizdən irəli getməmişik”

Siyasət
 15-05-2021, 16:47     452

"Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik”.

"İnterPosta" xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı "Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır:

"Bizim populistlərinin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir. Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir və ediləcək”, deyə partiya rəhbəri əlavə edib.

Qeyd edək ki, Yuxarı Qarabağ, Qazax rayonunun 7 kəndi də daxil olmaqla təqribən 3 min kv.km ərazimiz hələ işğal altındadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26