Müsavat Partiyasının başqanı seçildi

Müsavat Partiyasının IX qurultayı keçirilib.
"İnterPosta.info" xəbər verir ki, qurultay "Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) baş tutub.
Tədbirdə partiyanın başqanı postuna seçkilər keçirilib. Bu post uğrunda hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparıb.
Artıq səsvermənin nəticələri məlum olub. Nəticəyə əsasən. Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26