Interposta.Info

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindən niyə xəbər yoxdur? - Ekspert

Siyasət
 26-03-2021, 19:16     203

"Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradıldıqdan sonra Qarabağa gələn erməni silahlılarının sayında müəyyən məhdudiyyət müşahidə olunur".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Ağdam rayonu ərazisində yanvar ayının 30-dan fəaliyyət göstərən Türkiyə-Rusiya birgə monitoriniq mərkəzi sülhməramlı fəaliyyətlərin nəzarət funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub:

"Birgə Mərkəzin regionda uzun müddətli sülhün təmin edilməsinə ciddi töhvə verəcəyi gözlənilirdi. Lakin indiyə kimi bu mərkəzin fəaliyyəti və Azərbaycanı narahat edən məsələlərin həlli ilə bağlı bəyanatlara və rəsmi açıqlamalara rast gəlmirik. Qarabağda mövcud olan silahlıların, texnikaların və ağır silahların həmin ərazidən çıxarılmasına dair nə statistik məlumatlar, nə də vizual görüntülər məlumdur".


Ədalət Verdiyev hesab edir ki, Azərbaycan auditoriyası üçün bu barədə Türkiyə heyətinin verdiyi açıqlamalar daha böyük əhəmiyyət kəsb edərdi:

"Yəqin ki, gələcəkdə birgə monitorinq mərkəzi bu kimi faktorları nəzərə alıb həmin mərkəzin fəaliyyətinə imkan yaradan Azərbaycan cəmiyyətini qane edəcək bəyanatlar və fəaliyyətlərini daha geniş şəkildə təsvir edəcək rəsmi açıqlamalar verəcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26