Interposta.Info

Gürcüstanda Aİ-nin vasitəçiliyi ilə siyasi dialoq iflasa uğradı

Siyasət
 19-03-2021, 09:11     173

Gürcüstanda hakimiyyət və müxalifət arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun vasitəçiliyi ilə bir həftə ərzində aparılan danışıqlar uğursuz nəticələnib.

"Report”un yerli bürosu xəbər verir ki, tərəflər nəinki heç bir razılaşma imzalamayıb, həmçinin əsas məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa müvəffəq olmayıblar.

K.Danielson ötən gün 9 saatdan çox davam edən görüşdən sonra bildirib ki, bəzi məsələlər üzrə müəyyən irəliləyişə nail olunsa da, müəyyən məsələlərlə bağlı konsensus əldə etmək mümkün olmayıb.

Dialoqda müxalifətin əsas tələblərindən biri Vahid Milli Hərəkat Partiyasının həbsdə olan sədri Nika Meliyanın azadlığa buraxılması olub. Müxalifətçilər danışıqların uğursuzluqla yekunlaşmasına görə hakim Gürcü Arzusu Partiyasını günahlandırıb. "Gürcü Arzusu”nda isə hesab edirlər ki, danışıqlara sərf olunan zaman əbəs olmayıb və müxalifət hakimiyyətlə razılığın əldə edilməsinə hazır deyildi.

Qeyd edək ki, qonşu ölkədə fevralın 23-dən davam edən siyasi böhranın aradan qaldırılması üçün danışıqlarda vasitəçi olan Aİ-nin xüsusi nümayəndəsinin Gürcüstandakı missiyası martın 12-də başlayıb. O, bu gün Tbilisini tərk edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26