Interposta.Info

Gürcüstan demokratiya sınağından necə çıxacaq? – Müxalifət hakimiyyətə iki həftə vaxt verib

Dünya
 3-12-2018, 19:20     550

Borçalı” cəmiyyətinin sədri: “Bütün hallarda Gürcüstanda baş verən hadisələri demokratiyanın üzərinə səlib yürüşü hesab edirəm”

“Əslində seçkilərinin ikinci turunda Vaşadzenin 60%, hakimiyyətin isə 40% civarında səs topladığı bildirilir”.

Bu fikirləri “Borçalı” cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Gürcüstanda keçirilən prezident seçkilərindən sonra yaranan vəziyyətə münasibət bildirərkən qeyd edib.

Xadırladaq ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda mübarizə hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedib. İkinci turun elan olunan nəticələrinə görə isə müstəqil namizəd Salome Zurabişvili yarışın qalibi olub və hakim “Gürcü arzusu” partiyası gözləntilərdən əksinə olaraq öz mövqelərini qoruyub saxlaya bilib.

Nəticələrə görə, xanım S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb. S.Zurabişviliyə 1,1 milyon seçici səs verib. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib.

Qeyd edək ki, birinci turdan sonra sabiq prezident Mixail Saakaşvilinin silahdaşı Qriqol Vaşadzenin qalib gələcəyinə çox az adam şübhə edirdi.

Lakin ikinci turda Bdzina İvanavilinin dəstəklədiyi namizədin birdən birə 19% üstünlüklə qalib gəlməsi əsil sürpriz oldu. Bəziləri bunu İvanaşvilinin banklara borcu olan 600 min Gürcüstan vətəndaşının borclarını bağlayacağını vəd etməklə birinci turda seçkilərdə iştirak etməyən yarım milyona qədər insanın seçki qutularına getməsi ilə əlaqələndirirlər. Bu faktorun ikinci tur seçkilərində əsas rol oynadığını gürcü müxalifəti də etiraf etsə də, Vaşadze və tərəfdarları seçkilrəin nəticələrin qəbul etməkdən edirlər. Onlar seçki prossesində çox saylı pozuntaların olmasına diqqət çəkirlər.
Maraqlıdır ki, Gürcüstanın hazırda fəaliyyətdə olan prezidenti Giorgi Marqvelaşvili də seçkilərdə şox saylı pozuntuların olmasından narazı qalıb. Daha əvvəl İvanaşvilinin silahdaşı kimi tanınan Marqvelaşvili bildirib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvili isə müxalifətin seçkilərin nəticələrini tanımamasından məyusluğunu gizlətməyib. Xanım siyasətçinin fikrincə prezident seçkilərinin nəticələrini tanımamaq əslində Rusiyanın dəyirmanınan su tökmək” anlamına gəlir.

Dünən isə müxalifət Gürcüstanda minlərlə insanın iştirak etdiyi mitinq keçirilib. Mitinqdə çıxış edən prezidentliyə keçmiş namizəd Qriqol Vaşadze bəyan edib ki, Gürcüstanın müxalif “Güc birlikdədir” koalisiyası prezident seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcək.

Gürcüstan müxalifətinin lideri bildirib ki, qanun çərçivəsində kriminal hökumətə son qoyulacaq. “Noyabrın 28-də keçirilmiş seçki seçki olmadı. Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu”. Q.Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib:

“Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”, deyə Vaşadze hökümətə ultimatum verib.

Askiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, Vahid Milli Hərəkat Partiyasının lideri Mixeil Saakaşvili də canlı video bağlantı ilə müraciət edib. O, etirazçıları təslim olmamağa və səslərini qorumağa çağırıb:

“Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi, mən fiziki olaraq yanınza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyi”, deyə hazırda qaçqın həyatı yaşayan sabiq president bildirib.

Zəlimxan Məmmədli: “Prezident hakimiyyətinin legimitivliyini şübhə altına alınmasıyla siyasi mübarizə daha kəskinlşəcək və meydan mübarizəsi Gürcüstana yenidən qayıdacaq”.

PİA.az-a açıqlamasında Zəlimxan Məmmədli əminliklə bildirib ki, seçkinin nəticələri saxtalaşdırılıb. Əslində sandıqdan çıxan səslər Vaşedzenin 60% yaxın səs topladığını göstərir. Eyni zamanda Məmmədli hakmiyyətin səs toplamaq üçün istifadə etdiyi şirnikləşdirməni demokratikaya qarşı çirkli gediş hesab edir:

“Gürcüstanda seçkilər zamanı Saakaşvili tərəfindən əsası qoyulan demokratik islahatlara yaraşmayan saxtakarlıqlar baş verdi. Hakimiyyət bütün resurslarla əhalinin şirnikləşdirilməsinə səfərbər olundu .Qərb texnoloqları da buna təəccüblənirlər ki, birinci turda faktiki olaraq bərabər səs topladıqları halda, digər namizədlər də Vaşadzeyə səs verəcəklərini bəyan etmələrinə baxmayaraq Zurabişvilinin böyük fərqlə necə qalib gələ bildi.

Seçki zamanı hüquq mühafizə orqanlarının qarışdığı minə qədər pozuntu halları qeydə alınıb. Lakin daha vacib olan dünən Tiflisdə baş tutan saxtakarlığa etiraz aksiyasıdır və bu aksiyda verilən siyasi bəyanatlar onu göstəiri ki, müxalifət seçkinin bu qədər kobud pozulmasına qarşı hüquqi yolla mübarizə aparacaqlar.

Zəlimxan Məmmədli: “ Bu seçkilərin gürcü xalqının iradəsini ifadə etmədiyi iddiasını qəbul edirik”.

Hazırda Gürcüstanda baş verənlər onu deməyə əsas verir ki, prezident hakimiyyətinin legimitivliyini şübhə altına alınmasıyla siyasi mübarizə daha kəskinlşəcək və meydan mübarizəsi Gürcüstana yenidən qayıdacaq. Artıq İvanişvili hakimiyyətinin legimitivliyi şübhə altına alınır və müxalifət növbədənkənar parlament seçkiləri tələb edir. İqtidara qərar qəbul etməsi üçün dekabrın 16-sına qədər vaxt verilib.

Mən bütün hallarda Gürcüstanda baş verən hadisələri demokratiyanın üzərinə səlib yürüşü hesab edirəm. İndiki hakimiyyətin demokratlarla oyunda çirkli gedişlər etdiyini hamımız gördük.

Biz də bu seçkilərin gürcü xalqının iradəsini ifadə etmədiyi iddiasını qəbul edirik. Bizim əlimizdə məntəqələrdəki səslərin nəticəsi var ki, onlar bu nəticələrlə üst-üstə düşmür.

Həmin nəticələrdə Vaşadzenin 60%, hakimiyyətin isə 40% civarında səslər topladığı əks olunub.

Gürcüstan cəmiyyəti bizdən fərqli olaraq demokratiya sahəsində inkişaf edib. Oradakı siyasi partiyalar, quruluşlar, dövlət institutları normal fəaliyyət göstərir. Bu baxımdan müxalifətin əhəmiyyətli hissəsi indiki seçkidə iştirak edən “Güc Birlikdədir” koalisiyasının iddialarını dəstəkləyirlər və seçkinin saxtalaşdırılması fikri ilə də həmrəydirlər. Düşünürəm ki, yaxın günlərdə Gürcüstan müxalifətinə həm beynəlxalq , həm də ictimai dəstək artacaq”./pia.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26