Interposta.Info

SON DƏQİQƏ: Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır

Siyasət / Manşet
 3-03-2021, 21:45     670


Türkiyədə həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində barəsində hökm çıxarılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı mühüm qərar verilib.


"İnterPosta" Publika.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu məhbus kimi mühakimə olunan Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Məlumata görə iş adamı martın 5-də azadlığa çıxacaq.

"Məhkəmə prosesinin başlandığı mərhələ, təqsirləndirilən şəxsin həbsdə keçirdiyi vaxt, qətimkan tədbiri, təbidən gözlənilən faydanın bu mərhələdə məhkəmə nəzarəti ilə əldə edilə biləcəyi nəzərə alınır. Müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Ölkə xaricinə çıxmamaq, evi tərk etməmək şərtləri ilə Məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi istənilir". - Baş Prokurorluğun məlumatında deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26