Interposta.Info

Sergey Markov: “Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir”

Siyasət
 25-02-2021, 16:24     157

"Xocalıdakı qırğın dəhşətli hərbi cinayətdir, insanlığa qarşı cinayətdir və Azərbaycan xalqına qarşı soyqırımıdır. O, hələ də tam araşdırılmayıb. Təqsirkarlar isə indi hakimiyyət strukturlarında müəyyən vəzifələr tuturlar və cəmiyyət üzvləri tərəfindən cəzalandırılmayıblar. Buna görə də Xocalı qətliamını yalnız qurbanların xatirəsini qorumaq baxımından deyil, həm də günahkarların cəzalandırılması üçün bütün dünya ictimaiyyətini cəlb etmək baxımından daim xatırlamalıyıq”.

KONKRET.az-ın verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskvada keçirilən "Tarix dərsləri və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu” mövzusundakı konfransda deyib.

Politoloq tarixi zəncirvari hadisələrdən bəhs edib: "Əvvəlcə, ölkəmizin hüdudlarından çox kənarda ölkənin məhv edilməsi barədə qərar verilir. Sonra bu planı həyata keçirən erməni hərəkatı yaradılır. Məhz bu hərəkatın böyük ölkəni "parçalara” bölmək yolunda ilk olduğunu heç vaxt unutmayacağıq. Sonra dəhşətli anti-Azərbaycan poqromları ilə müşayiət olunan etnik təmizləmə başladı. Ardından çox çətin vəziyyətdə olan onminlərlə qaçqın yaranır. Bütün bunlar o vaxt Azərbaycan Respublikasında dəhşətli siyasi qeyri-sabitliyə və real hərbi addımlara səbəb oldu”.

S.Markov bildirib ki, Xocalı soyqırımında soyuqqanlı düşüncə diqqət çəkir: "Bu, kortəbii milli qırğın deyildi. Bu, düşünülmüş qorxutma aktı idi. Sonradan Serj Sarkisyan da bu barədə bildirib”. /report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26