Interposta.Info

Generalların Bakı görüşü: NATO çox çalışır… - Markov

Siyasət
 8-09-2017, 18:53     10 473

Bakıdakı görüş hər iki tərəfdən böyük fikir ayrılıqları fonunda baş tutdu.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Bakıda keçirilən Rusiya-NATO görüşünün əhəmiyyəti və səbəbləri barədə “Vestnik Kavkaza”nın suallarını cavablandırarkən deyib.

Markovun sözlərinə görə, NATO alyansın Rusiyadan daha güclü olduğunu iddia edir. Alyansa üzv ölkələr illərdir Rusiyanı tabe etmək üçün çalışır, lakin Rusiya tabe olmamaqda qətiyyət göstərir. İki hegemon güc arasındakı əsas problem isə Baltik dənizində transponderlər (peyk naviqasiyası sistemi) problemidir.

“NATO birmənalı olaraq Rusiyadan naviqasiya sistemlərini söndürməyi tələb etsə də, Rusiya qarşılığında hər iki tərəfə həmin sistemlərdən imtina etməyi nəzərdə tutan müqavilə imzalamağı təklif edir. Alyans isə Rusiyanın mövqeyinə qarşı çıxaraq bu addımın yalnız Rusiya tərəfindən atılmasını tələb edir və göstərir ki, NATO bu barədə danışıqlar aparmaq niyyətində deyil”, - Markov bildirib.

Politoloq Moskanın bununla yanaşı NATO-nun Baltikyanı ölkələrdə hərbi kontingentini artırmasından kəskin şəkildə narahat olduğunu söyləyib. Belə ki, “Varşava paktı”nın dağılmasından sonra ilkin razılığa əsasən alyansın Şərqə doğru genişləməməli olduğunu Kreml hər fürsətdə xatırladır.

Sergey Markov Bakıda keçirilən danışıqların əsas gündəminin qarşılıqlı mübahisə və ittihamların hərbi müstəviyə keçməməsinə dair razılıq əldə edilməsi və Rusiya ilə NATO arasında hərbi-texniki dialoqların davam etdirilməsi olduğunu deyib. Həmçinin qeyd edib ki, danışıqlarla siyasi problemləri həll etmək mümkün olmayacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26