Interposta.Info

Moskva müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verib - Erməni mətbuatı

Siyasət
 11-01-2021, 14:47     379

Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.

Ermənistan KİV xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.

Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26