Interposta.Info

Tramp nə etsə hakimiyyətdə qala bilər? - Zərdüşt Əlizadə

Siyasət / Dünya
 7-01-2021, 12:14     422

"Əminəm ki, Donald Trampın əlində ordudan başqa resurs yoxdur. Yəni, Tramp ordudan istifadə edib dövlət çevrilişi eləsə, prezident qala bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Amerikada baş verən hadisələri şərh edərkən deyib. O bildirib ki, əgər Tramp bunu etməsə, Senat seçkinin nəticələrini tanıyacaq:



"Yanvarın 20-də Co Bayden Amerikanın prezidenti elan ediləcək. Sonra Tramp olacaq sabiq prezident, vəssalam. Etirazlara, mübahisələrə gəlincə, bu olan şeydir, ideal dövlət sistemi yoxdur. Həqiqətən də demokratiyada xeyli qüsur var. Lakin o qüsurları düzəltmək üçün mexanizmlər də var. Digər siyasi sistemlərdə belə mexanizmlər yoxdur. Ona görə də tez dağılırlar. Sovet sistemi kimi. Sovet sistemində demokratiya yox idi. Elə ki bir balaca qazanın qapağını qaldırdılar, partladı, hər şey dağıldı. Amerikada isə demokratik prosedurlar var. Hətta seçkilərdə saxtakarlıq olsa belə, demokratik prosedurlarla bu məsələni müzakirə etmək olur".

Zərdüşt Əlizadə qeyd edib ki, belə mexanizmlərin ABŞ-ı xilas edəcəyinə inandığını qeyd edib:

"Demirəm ki, Amerika idealdır, amma orada işlənən demokratik mexanizmlər var. Bu zəmanət verir ki, Amerika dövlət kimi qalacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26