Interposta.Info

Paşinyanın deputatı Azərbaycanı müdafiə etdiyi üçün Zəngəzurda hücuma məruz qaldı

Siyasət
 2-01-2021, 21:47     410

“Mənim addımım” parlament fraksiyasının deputatı Arman Yeqoyanın Zəngəzur (Sünik) vilayətinə səfəri zamanı insident baş verib.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, yanvarın ilk günündə hakim partiyanın deputatı Zəngəzur vilayətinə gəlib. Yerli əhali xəbərdarlıq edib ki, hakimiyyət təmsilçilərinin bölgəyə səfərindən məmnun deyillər və buna qarşıdırlar. A.Yeqoyan özünə bəraət qazandırmağa çalışıb.

Sonra isə düşüncələrini ifadə edərək bildirib ki, Zəngəzurdakı mübahisəli ərazi Azərbaycana məxsusdur. Yerli əhali isə “güzəştə getmək fikrində olmadığını” iddia edərək ona sərt təpki göstəriblər. Bildirilir ki, yerli sakinlərin aqressiyası qarşılığında Yeqoyan bölgədən getməli olub.

Xatırladaq ki, bir müddət öncə bölgə əhalisi Nikol Paşinyanı da qovmuşdu. Azərbaycan hərbçiləri isə demarkasiya prosesi ilə əlaqədar burdakı sakinlərə 5 yanvaradək vaxt verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26