Interposta.Info

Ermənistanda polislə etirazçılar arasında toqquşma - VİDEO

Dünya
 21-12-2020, 11:37     430

Baş nazir Nikol Paşinyanın bu gün səfər edəcəyi Zəngəzur (Sünik) vilayətində hakimiyyətə etirazlar səngimir. Yolda olarkən feysbukla bölgə əhalisinə müraciət edib, onlarla “göz-gözə” danışmaq istədiyini bildirən Paşinyanın səfərinə etiraz edənlərlə polis arasında toqquşma olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Bildirilir ki, etirazıların qarşısını almaqdan ötrü gecədən 2 minə yaxın polis regiona göndərilib. Gorus əhalisi Paşinyanın səfərinə etiraz olaraq mərkəzi magistralı bağlayıb. Polisin yolu açmaq cəhdi isə toqquşmalara səbəb olub. Zəngəzurlular “Nikol xaindir!” şüarı ilə polisə qarşılıq veriblər.

Xəbər verildiyi kimi, bölgə əhalisini etirazlara səsləyən və N.Paşinyanın səfərinə qarşı çıxan Zəngəzur vilayətinin Gorus şəhər meri Aruş Aruşanyan həbs edilib. Merin müavini isə bəyan edib ki, istənilən halda aksiya keçiriləcək.

Zəngəzur bölgəsində yaşayan ermənilər hakimiyyətin Azərbaycanla həmsərhəd yüksəklikləri əldən verməsinə, ermənni ordusunun sovet vaxtındakı sərhədlərə doğru geri çəkilməsinə etiraz olaraq ayağa qalxıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26