Interposta.Info

Fransanın 8 senatoru verdikləri səsi geri götürdü

Siyasət
 26-11-2020, 19:11     410

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

Qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26