Interposta.Info

“Kəlbəcərdən əhali kütləvi şəkildə Ermənistana gedir” - Zaxarova

Siyasət
 19-11-2020, 14:24     697

“Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb: “Onların sayı 3 054 nəfərdir”.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.

M. Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO kimi təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Noyabrın 17-də Rusiya XİN başçısı Sergey Lavrov Moskvada BQKX prezidenti ilə hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi məsələsini müzakirə edib. Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26