Interposta.Info

Ermənistan müxalifəti Qarabağ razılaşmasını ləğv etmək üçün hərəkətə keçdi

Siyasət
 10-11-2020, 11:01     679

Müxalif "Çiçəklənən Ermənistan” partiyası İrəvanın Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmada iştirakını ləğv etmək üçün parlamentin fövqəladə iclasını çağırmaqla bağlı imza toplamağa başlayıb.


"İnterPosta" RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə millət vəkili İvette Tonoyan jurnalistlərə açıqlamasında deyib. Eyni zamanda, başqa bir millət vəkili Naira Zöhrabyan müxalifətin qərarı ləğv etmək üçün hələ də ümidin qaldığına əmin olmadığını bildirib.



Xatırladaq ki, hazırda İrəvanda Dağlıq Qarabağ məsələsi ilə bağlı razılaşma imzalandıqdan sonra başlayan etiraz aksiyaları keçirilir. Nümayişçilər Ermənistan hökuməti və parlamentinin binalarını ələ keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26