Interposta.Info

Qərargahın jurnalistlərlə bağlı bu qərarı qanuna ziddir – Hüquq müdafiəçisi

Siyasət
 20-06-2020, 18:57     628

"Operativ Qərargahın bu qərarı qanuna zidd olduğuna görə yenidən baxılmalıdır”.

"İnterPosta"ını məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov Operativ Qərargahın əmək müqaviləsi olmayan jurnalistlərin fəaliyyətinin məhdidlaşdırılması ilə bağlı qərarını şərh edərkən deyib. Vəkil bildirib ki, Operativ Qərargahın bu qərarı KİV haqqında qanuna ziddir:

"KİV haqqında qanunun 49-cu madəsinə görə, məlumatı toplamaq, istehsal etmək və yayılması ilə məşğul olan ştatlı müxbirlər və 49-cu maddənin ikinci hissəsində isə göstərilir ki, həmin növ fəaliyyətlə məşğul olan ştatdankənar müxbirlər jurnalist hesab olunurlar. Yəni, KİV haqqında qanuna görə, jurnalist statusu ştatlı müxbirlər və ştatdankənar müxbirlərə şamil edilir. Qərargahın məhdudiyyəti ştatdankənar müxbirlərə qarşı yönəlmiş sayılır. Belə çıxır ki, ştatlı müxbirlər əmək müqaviləsi əsasında işləyirlər, ştatdan kənar müxbirlərlə isə qonorar əsasında. Ona görə bir çox hallarda müxbirlərin əmək müqaviləsi olmur”.

Səməd Vəkilov qeyd edib ki, Operativ Qərargah jurnalistlərlə bağlı qərar qəbul edəndə informasiya əldə etmək azadlığı və KİV haqqında qanunu nəzərə alsın.
Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlərin vəsiqə ilə hərəkət edə bilməyəcəklərini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26