Interposta.Info

Azərbaycan qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır

Siyasət
 23-03-2020, 10:11     405

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma "prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda bildiilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır: "XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26