Interposta.Info

Yeni növ hava hücumu: Koronavirus niyə bu qədər sürətlə yayıldı?

Siyasət / Manşet
 20-03-2020, 19:30     360

İqtisadi və hərbi məqsədləri olan siyasi bir əməliyyatla üz-üzəyik. Dövlətlər öz vətəndaşlarına kömək edə bilməyəcək hala gəlib və dövlət anlayışı ümumən məhv edilib...


Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 19 mart 2020-ci il


Dünyada baş verən hadisələri heç kim doğru şəkildə təsvir edə bilmir. Halbuki, problem heç də düşündüyümüz kimi deyil. Gündəmdəki hadisələrin ən böyük xammalı qorxudur.

Təsəvvür edin ki, iş adamı, turist və tələbəsiniz. Yanvar ayının əvvəlində Uxan şəhərində koronavirus meydana çıxıb. Lakin media virusdan əvvəl hər yerə qorxu daşıyıb. Üstəlik, Çin Uxanla ilə birlikdə ətrafındakı 12 şəhəri də karantinə alıb. Bu vəziyyətdə Çinə gedərdinizmi?

Digər tərəfdən, koronavirus necə bu qədər sürətlə dünyaya yayıldı?

Əlbəttə ki, insandan insana keçir. Bu, təbii və mümkündür. Ancaq bu qədər sürətli olması qəribə deyilmi? Uxandakı epidemiyanın elektron poçtdan belə daha sürətli hala gəlməsi normaldırmı?

Lap başdan bəri bu hadisələrin bioloji müharibə olduğunu onsuz da yazmışdım.

Koronavirus Çini mərkəzdən vurub. Bioloji müharibə hücumları ən əhatəli şəkildə Çində başlayıb. İran və Avropa da ardınca gəlib. İtaliya ilə birgə bütün Avropa rəsmən məğlub olub.

Bəs virusun Avropaya yayılması bizi təəccübləndirdimi?

Əlbəttə ki, xeyr. Çünki bioloji müharibə cəbhələrini seçərək hədəfə doğru gedirdi. İndi onların aktiv olmadığını deyən keçmiş MKİ və MTA agentləri koronavirusun İtaliya və İrana yayılması ilə bağlı maraqlı bir iddia ilə çıxış ediblər: “Əvvəl İranda görülən dronlar, sonra da İtaliyada ortaya çıxıb. İtaliyanı koronavirusa yoluxduran dronlar idi. Qorxu, çaxnaşma və ölümlər hava hücumları ilə başladı”.

Bu iddianı heçə saya bilmərik. Çünki koronavirusun sürəti olduqca düşündürücüdür.

Fransa, İngiltərə və Almaniya da bundan çox təsirlənib. Lakin İranda və İtaliyadakı sürətin nə qədər çox olduğu göz qabağındadır. Bunu da dronlardan yağan bir şeylə əlaqələndirirlər. Hətta italyan kəşfiyyat agentliyi SISMI dronlar vasitəsilə virus hücumu edildiyini tamamilə qəbul edir. Lakin təbii olaraq bunu səssiz-səmirsiz deyir.

Bu hücum keçən həftə İtaliya Prezidenti Sergio Mattarellaya təqdim olunan hesabatda ətraflı izah olunub. Əslində, İtaliya belə bir hücumu gözləyirdi. İlk hədəf də terror hücumu idi. Trampı Ağ Evə aparan adam kimi tanınan Stiv Bennon: “Suverenlik inqilabı İtaliyadan başlaya bilər”, demişdi. İtaliyanın Avropadakı katolik dünyanın ən ciddi nümayəndəsi olduğuna və bu gücün Dərin Amerika ilə birgə böyüyəcəyinə inanırdı. Lakin bu plan baş tutmadı. Çünki İtaliya Çinə üstünlük verib.

İtaliya İpək Yolunda da Çinə söz verib. Artıq İtaliyaya kömək edən yeganə ölkə Çindir. İtaliyada artıq heç nə əvvəlki kimi olmayacaq. Bennon dəfələrlə İtaliyaya xəbərdarlıq esib. Buna görə, İtaliya kəşfiyyatı və Daxili İşlər Nazirliyi terrora qarşı mübarizəyə xüsusi diqqət ayırıb. Hətta bir futbol matçında terror hadisəsi baş verməsini gözləyirdilər.

Bioloji hücumlar pilotsuz təyyarələrlə başlayıbsa, deməli, artıq dünya üçün sülh yolu yoxdur. Çünki böyük bir hərbi əməliyyatın xərcini bilirik. Gördüyünüz kimi, bir virusla dünya iqtisadiyyatını çökdürmək və yeni iqtisadi sistemin əsasını qoymaq mümkündür. Ucuz olsa belə, effektiv üsuldur.

Rusiya koronavirusdan ən az əziyyət çəkən ölkə olduğunu bildirib. Rusiyanın bunu deməsi maraqlıdır. Onsuz da koronavirusun gəlməsinə ehtiyac olmadan neftin qiyməti Kremli artıq çətinə salıb. Çünki virusun bir vəzifəsi olduğu hələ məlum deyildi. Neft qiymətlərinin 65 dollardan 25 dollara düşməsində də əsas hədəf Rusiyadır.

Çində aparılan hər iqtisadi əməliyyatın arxasında Rusiya var. Dərin Amerika da bunu bilir.

Dünya artıq bildiyimiz kimi bir dünya olmayacaq. Əsas məsələlər bundan sonra görünəcək və koronavirusla birgə ilə hər şey yenidən yazılacaq. Hər bir fərd, ailə, şirkət, şəhər və ölkə yeni bir dövrə girməli olacaq. Görünməz bir virusun təsiri artmağa davam edir. İtaliya üçün vəziyyət ağırdır. İtaliya artıq Bennonun istədiyi hər şeyi etməyə hazırdır. Ölkələr belə ağır bir üsulla üz-üzə qalıblar.

Həmişə dediyim kimi, 3-cü dünya müharibəsi əvvəlkilərdən çox fərqli olacaq. Nəticələri də sarsıdıcı olacaq. Bu, göz qabağındadır.

Əlavə edim ki, əvvəlcə iingilis kral ailəsi əvvəlcə hədəf alınmışdı. Reyçl Meqan Markl ailəyə gəlin gəlmişdi. Ancaq sonda həyat yoldaşı şahzadə Herri ilə birlikdə saraydan qovuldu. Bu, əslində krallıqların sona çatacağına işarə idi. Parçalamaq və dağıtmaq dövrü başlayıb.

Virusla hücum edən beyinlər, təbii ki, başqa planlar da hazırlamış ola bilərlər. Hər bir insanın təkbaşına kral, respublika, müdir olduğu, qərarlar qəbul edən və köləyə çevrildiyi bir sistemə keçid edirik. Bu vəziyyətdən sonra 2-ci bir addım gələ bilər və yaxud da təsiri getdikcə daha da arta bilər. İqtisadi və hərbi məqsədləri olan siyasi bir əməliyyatla üz-üzəyik. Dövlətlər öz vətəndaşlarına kömək edə bilməyəcək hala gəlib və dövlət anlayışı ümumən məhv edilib.

Sərhədlər bağlanıb, rabitə kəsilib və çarəsizlik təbliğ edilib. Hədəf də budur. Bütün bunlar qorxu hissinin nəticəsidir. Kim qalib gəlsə, dünyanı dəyişdirən də o olacaq.

Qeyd: Türkiyə də bu prosesdən təsirlənəcək. Bu təbiidir. Heç kim bu dalğadan kənarda qalmayacaq, hətta oyunun qurucusu da. Ancaq son təhlildə Türkiyə böyük bir bölgəyə nəzarət edəcək. Yeni sistemdə Türkiyəyə böyük bir vəzifə düşəcək./pia.az

hava-saldirisi?fbclid=iwar0aq3gcrexbcdjxew9xruoojmx5bseiix4thn5amujfi885v2-u7yli0sg" target="_blank" rel="noopener">Orijinal

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26