Interposta.Info

İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı: Tezislər...

Siyasət
 15-02-2020, 22:02     376

Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə Münhen təhlükəsizlik konfransı çərçivəsində görüşü keçirilir.

Görüş hazırda davam edir.

Qeyd edək ki, ƏIiyevlə Paşinyan birgə paneldə çıxış edəcəklər.

***

Prezident İlham Əliyevlə N.Paşinyan birgə paneldə iştirak edir.

Prezidentin çıxışından sətir başlıqlarını təqdim edirik:

- Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

- Bolşevik partiyasının Qafqaz Bürosu 1921-ci ildə Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərar qəbul edib.

- Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı, o cümlədən Xocalıda etnik təmizləmə həyata keçirilib.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Heç bir ölkə Dağlıq Qarabağı tanımır.

- Bütün azərbaycanlılar işğal olunmuş torpaqlardan, Şuşadan qovulub, etnik təmizlənməyə məruz qalıb. İşğal edilmiş torpaqlarımızda mədəni irsimizi məhv ediblər.

- Ermənistan sülhdən danışır, amma bu gün Azərbaycan əsgərinin snayperlə öldürülməsini necə izah etmək olar?

- Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.

- Bütün hökumət rəhbərləri status-kvonu saxlamaq üçün fərqli şəkildə çalışdılar. Azərbaycanlı məcburi köçkünlər yenidən öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80% -dən çoxu erməni əsgərləridir. Bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt!

- Bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Vəziyyət Azərbaycanın ərazi bütövlüyünə qarışmamalıdır.

- Paşinyan oğlunun Ermənistan silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş torpaqlarında xidmətdə olduğunu söyləməklə hərbi işğal faktını etiraf etdi./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26