Interposta.Info

İran TV-sindən Türkiyə və Azərbaycana təxribat - Foto

Siyasət
 14-01-2020, 13:03     318

Xaricdə fəaliyyət göstərən “İran İnternəşnl” (Iran International) telekanalında Azərbaycan və qonşu ölkələrin ərazi bütövlüyünü sual altına alan görüntü efirə gedib.

Sözügedən telekanala İran Kürdüstan Demokrat Partiyasının rəhbər şəxslərindən biri dəvət edilib və fona “Kürdüstan bayrağı”nın təsviri yerləşdirilib. Görüntüdəki “bayraq” Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın da bir hissəsini əhatə edib.

Güneyli fəallar bunu sözügedən ölkələrin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, “İran İnternəşnl” telekanalının panfarsizm ideyalarını təbliğ etdiyi və bölgədəki türk millətinin milli mənafeyinin əleyhinə fəaliyyət göstərdiyi bildirilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26