Interposta.Info

Seçkilərlə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq

Siyasət
 17-12-2019, 20:18     331

"Azərbaycanda seçkilərlə bağlı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə bir nümunə kimi göstərilir”.

"İnterPosta.info" xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O, bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə müstəqil media mərkəzi yaradılacaq:

"Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26