Interposta.Info

Məzahir Pənahov: "MSK buna göz yumur"

Siyasət
 8-02-2020, 16:35     382

"Bu dəqiqələrdə də sosial şəbəkələrdə təşviqat aparılır".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələrdə seçki təşviqatı dekabrın 5-dən başlayıb: “Bu isə növbədənkənar parlament seçkilərinin Təqvim Planına zidd idi. Hazırda da sosial şəbəkələrdə bu davam edir. Amma MSK buna göz yumur. Hesab edirəm ki, biz bunu etməklə heç nə itirməmişik”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26