Interposta.Info

Türkiyə və ABŞ prezidentlərinin müzakirə edəcəyi məsələlər məlum olub

Siyasət
 12-11-2019, 12:28     10 508

"ABŞ-a səfərim iki ölkə arasındakı əlaqələrin çətin bir mərhədən keçdiyi dövrə təsadüf edir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşmənişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşdə terorçuluqla mübarizə, iqtisadi əlaqələri müzakirə edəcəklər: "Eyni zamanda Fətullahçı Terror Təşkilatı ilə bağlı məsələ də müzakirə edəcəyimiz əsas məsələlərdən biri olacaq. Suriya məsələsini geniş şəkildə müzakirə edəcəyik. Fərhad Abdi Şahinin necə bir qatil, terrorçu olduğunu və belə bir terrorçunu tərəf müqavili kimi qəbul etmələrinin səhv olduğunu sənədlərlə təqdim edəcəyəm.

Eyni zamanda “Barış pınarı” hərəkatı ilə bağlı ABŞ və Türkiyə arasında əldə etdiyimiz razılaşmanın tam olaraq yerinə yetirilmədiyini sənədlərlə Donald Trampa təqdim edəcəyəm"./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26