Interposta.Info

Ruisya və Ermənistan yeni hərbi sazişlər imzalayıblar

Siyasət
 27-06-2019, 18:37     10 334

Rusiya və Ermənistanın hərbi-sənaye kompleksinə daxil olan şirkətrlər “Ordu-2019” beynəlxalq-hərbi texniki forumunda bir sıra sazişlər imzalayıblar.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər hərbi təyinatlı bir sıra məhsulların tədarükü ilə əlaqədar anlaşmaya varıblar.

“Zvezda” saytının verdiyi məlumata görə, Ermənistan Hərbi-sənaye kompleksinin sədri Avetik Kerobyan Rusiya ilə texniki əməkdaşlığın dinamik şəkildə inkişaf etdyini söyləyib və bu yöndə iki ölkənin hərbi müəssisələri arasında konkret addımların atılacağını vurğulayıb.

Avetik Kerobyan Ermənstanın “Patriot” parkına hansı məhsullar gətirildiyini açıqlayıb. Onun sözlərinə görə, forumda Ermənistan şirkətlərinin dörddə bir hissəsi təmsil olunur.

Erməni nümayəndənin dediyinə əsasən, buraya onlar təchizat (hərbi forma, zirehli jiletlər, hərbi ayaqqabı), odlu silahlar, sursatlar, o cümlədən ən yeni texnikalardan istiliyə həssas cihazlar, lazer və radiolokasiya avadanlıqlarıylla gəliblər.

Qeyd olunur ki, “Ordu-2019” hərbi-texniki forumu bu ilin iyun ayının 25-30-u arasında, Moskva vilayətindəki, “Kubinka” aerodromunda yerləşən, “Patriot” “Konqres-sərgi mərkəzində, “Albino” poliqonunda, habelə, şimal donanmasında və bütün hərbi dairələrdə keçirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26