Interposta.Info

Yohannes Han: "Aİ Azərbaycan iqtisadiyyatının şaxələnməsində maraqlıdır"

Siyasət
 13-05-2019, 21:24     10 346

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlar hələ başa çatmasa da, həssas məqamların hamısından xəbərdarıq”.

İnterPosta.info
-nun məlumatına görə, bunu “Report”un Aİ ilə Azərbaycan arasında yeni sazişə dair danışıqların nə yerdə olmasına və ərazi bütövlüyü məsələsini də ehtiva edib-etməyəcəyinə dair sualına cavabında Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bildirib.

O, bu qəbildən olan sənədlərdə bir sıra əməkdaşlıq sahələrinin ehtiva olunacağını diqqətə çatdırıb.

“Bu saziş iqtisadi inkişafa dəstək verəcək. Biz ölkə iqtisadiyyatının şaxələnməsində maraqlıyıq. Amma danışıqlar hələ başa çatmadığına görə təfərrütı şərh etmək istəməzdim”, - Aİ rəsmisi qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26